AZ

Premyer Liqa klubu 39 yaşlı futbolçunun müqaviləsini uzatdı

İngiltərənin "Everton" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Eşli Yanqın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı sol cinah müdafiəçisi 2024/2025 mövsümünün sonuna kimi komandada qalacaq.

Qeyd edək ki, Eşli Ötən ilin yayından "Everton"da çıxış edir. İngiltərə millisinin sabiq üzvü komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
sportal.az

1Mənbələr