AZ

A.Antonov: "ABŞ-nin Putinin təşəbbüsünə reaksiyası onların Ukraynada sülhə ehtiyacı olmadığını göstərir"

Rusiyanın ABŞ-dəki səfiri  Anatoli Antonov "Newsweek" jurnalına müsahibəsində deyib ki, ABŞ-nin Putinin təşəbbüsünə reaksiyası onların Ukraynada sülhə ehtiyacı olmadığını bildirir.

 

Sfera.az xəbər verir ki, Antonovun sözlərinə görə, ABŞ-nin məqsədi Rusiyanın strateji məğlubiyyətidir.

 

“İyunun 14-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinə son qoymaq üçün sülh planı təklif edib. Cavab olaraq biz Kiyev rejiminə yalnız yeni silah təchizatı gördük ə. Beləliklə, Vaşinqtonun reaksiyası göz qabağındadır: yerli siyasətçilərin sülhə ehtiyacı yoxdur”, - diplomat izah edib.

 

Bundan əvvəl Antonov bildirib ki, Amerikanın "ATACMS" raketləri ilə Sevastopola hücum  Vaşinqtonun beynəlxalq terrorizmin tərəfini tutduğunu göstərir.

 

O vurğulayıb ki, ABŞ administrasiyası nümayişkaranə şəkildə Ukrayna hakimiyyətinin cinayətlərini dəstəkləyir və bununla da beynəlxalq terrorizmin tərəfini tutur.

 

Qeyd edək ki, bir müddət əvvəl Tramp Ukrayna ilə bağlı Putinlə danışıqların mümkün olduğunu bildirib.

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sfera.az

1Mənbələr