AZ

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Birinci

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssis heyəti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunmuşdur.Ulusum.az komissiyanın yaydığı məlumata əsasən xəbər verir ki, eyniləşdirmənin nəticələri ilə bağlı 25 iyun 2024-cü il tarixində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin ailələri ilə görüş təşkil olunmuş, talelərinə aydınlıq gətirilmiş şəxslər barədə onlara ətraflı məlumat verilərək sualları cavablandırılmışdır.Hazırda həmin şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri işlər həyata keçirilir. Dəfn mərasimləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyətləri müəyyən olunmuş birinci Qarabağ müharibəsində itkin düşmüşAzərbaycan Respublikasının vətəndaşlarının siyahısı aşağıdakı kimidir:1. Nağıyev Zahid Baxış o. 01.01.19752. Vəliyev İbrahim Ələşrəf o. 01.06.19243. Qurbanov Aydın Əsədulla o. 12.01.19674. Abbasov Akif İlyas o. 01.07.19705. Kərimov Yaşar Ələkbər o. 12.04.19676. Baxışov İdris Osman o. 25.12.19737. Rəsulov Rəhim Əlyar o. 19.12.19678. Məmişov Şahin Talış o. 12.11.19599. Paşayev Ələddin Bəhlul o. 08.11.196110. Qarayev Usubəli Süleyman o. 01.06.196111. Şahmuradov Nemət Musa o. 26.12.196212. Usubov Zakir Kamran o. 10.12.196413. Əliyev Muğan Gəray o. 29.11.195814. Dadaşov Uğur Eldar o. 02.05.197515. Doluxanov Rəhim Məhkəmə o. 06.12.195816. Tağıyev Telman Tevon o. 20.02.195317. Abbasov Sərvər İldırım o. 10.11.196218. Məmmədov Ədalət Şahmar o. 31.05.195819. Mirzəyev Məmməd Hüseyn o. 05.11.196720. Mustafayev Qərib Həsrət o. 01.07.1962

Diqqət Çəkənlər

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən müəllimlərin müqavilələrinə xitam veriləcək

Tətil zamanı ən çox edilən 8 səhv

Qayda dəyişdi: Bu imtahan ödənişli olacaq

Seçilən
27
14
ulusum.az

10Mənbələr