AZ

“Qara dəniz üzərində uçuşlar qadağan olunmalıdır” – Milonov

“Rusiya hava hücumundan müdafiə qüvvələri rusların təhlükəsizliyini təmin etmək üçün Amerika pilotsuz təyyarələrini vurmalı, həmçinin Qara dənizi uçuşa qadağan zona elan etməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Vitali Milonov deyib.

Həmkarı Dmitri Qusevin bütün hərbi obyektlərin yaxınlığındakı çimərliklərin, istirahət zonalarının, əyləncə parklarının və insanların sıx toplaşdığı digər yerlərin vətəndaşların ictimai ziyarətləri üçün bağlanmasına çağıran təklifini şərh edən deputat əlavə edib:

“Düşünürəm ki, Amerika pilotsuz təyyarələrini vurmaq, Qara dənizi uçuşa qadağan zona elan etmək və dənizdə Ukrayna gəmiçiliyinə qadağa qoymaq lazımdır”, – Milonov vurğulayıb.

Parlamentari əlavə edib ki, bu tədbirlər dənizə yaxın çimərlikləri Ukrayna Silahlı Qüvvələrinin hücumlarından qoruyacaq. Onun sözlərinə görə, Rusiya çimərliklərinin təhlükəsizliyi ABŞ və Böyük Britaniyanın kəşfiyyat təyyarələrinin olmamasından asılıdır.

“Amerika uçur və kəşfiyyata başlayır, bu o deməkdir ki, problem gözləmək olar”, – Milonov qeyd edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
konkret.az

1Mənbələr