AZ

KİV: Rutte sabah NATO-nun yeni baş katibi elan olunacaq

Səfirlər səviyyəsində NATO Şurası iyunun 26-da seçkilərdə uduzan Hollandiyanın Baş naziri Mark Ruttenin oktyabrda alyansın gələcək baş katibi olacağını rəsmən elan edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP diplomatik mənbələrə istinadən məlumat yayıb.   

Nəşr qeyd edir ki, NATO-nun 32 ölkəsinin səfirləri Şimali Atlantika Şurasının çərşənbə günü keçiriləcək iclasında bu təyinatı təsdiq edəcəklər.

Ruttenin namizədliyi barədə bundan əvvəl Aİ liderləri tərəfindən iyunun 17-də Brüsseldə Avropa İttifaqı və NATO-da əsas vəzifələrə təyinatların müzakirəsinə həsr olunmuş sammitdə qeyri-rəsmi razılığa gəlinmişdi. Daha sonra bu təyinatı əngəlləyən alyansın sonuncu ölkələri Macarıstan və Rumıniya etirazlarını geri götürdülər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
iqtisadiyyat.az

2Mənbələr