AZ

Azyaşlı qıza qarşı zorakılıq etməkdə ittiham olunan ilahiyyatçı HƏBS EDİLDİ

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Oxu.Az xəbər verir ki, bu gün Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham olunur.

Hazırda Abşeron Rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

11:34

İlahiyyatçı hacı Salman Kamiloğlunun azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, azyaşlı Ağsu rayonunda yaşayırmış və həmin vaxt dayısıgilə qonaq gəlib. Yolda qızın oynadığını görən ilahiyyatçı ona xoş sözlər deyərək, maşına mindirib və yarımtikiliyə aparıb. Daha sonra həmin ərazidə ona seksual xarakterli hərəkətlər edib. Qız qışqıraraq kömək istəyib, azyaşlının dayısı oğlu dərhal hadisədən xəbər tutub və valideynlərini çağırıb.

Azyaşlının dayısı polis çağırıb və hacı Salman saxlanılıb.

09:42

İlahiyyatçı hacı Salman Kamiloğlu saxlanılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.
Azyaşlı


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
18
big.az

10Mənbələr