AZ

Danimarka Serbiya ilə bütün görüşlərdən qalib ayrılıb - Statistika

Avropa çempionatının C qrupunun üçüncü turunun sonuncu oyununda Danimarka və Serbiya yığmaları qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Danimarka iki ölkə arasında milli komandalar səviyyəsində keçirilən bütün matçlarda qalib gəlib.

Yuqoslaviyanın dağılmasından və Serbiyanın müstəqilliyindən sonra iki komanda 3 dəfə üz-üzə gəlib. Danimarka sözügedən bütün matçlarda qələbə qazanıb.

Serbiya Danimarkanın vurduğu 8 qola tək qolla cavab verib.

Qeyd edək ki, Seriya müstəqil olmadan öncə bu millilər arasında 10 qarşılaşma keçirilib. Hər komanda 5 qələbə ilə yadda qalıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
apasport.az

1Mənbələr