AZ

"İlham Əhmədov hər zaman qanuni və ədalətli qərarların müəllifi kimi yadımda qalıb"

"Hələ məhkəmə sistemində özbaşınalığın pik həddə olduğu dövrdə İlham müəllim Əhmədov hər zaman qanuni və ədalətli qərarların müəllifi kimi yadımda qalıb".

E-huquq.az xəbər verir ki, bu sözləri vəkil Əziz Qənbərli Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov barədə danışarkən deyib.

"Bəlkə də mən Bakı Kommersiya Məhkəməsinin sədri hörmətli İlham müəllim Əhmədov haqqında fikir söyləyə biləcək dərəcədə mükəmməlləşməmişəm. Ancaq görünən dağa bələdçi olmaz deyiblər", - deyə o bildirib.

Ə.Qənbərli İlham Əhmədovun hər zaman qanuni qərar qəbul edəcəyinə inandığını söyləyib: "Lakin bəzən müdafiə etdiyin şəxslərin narahatçılığı təbii olaraq bizə də sirayət edir. Bu gün o narahatçılığıma son qoyaraq bir daha qanunun şah olduğu hissini bizə yaşadan İlham müəllimə sonsuz təşəkkür edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
e-huquq.az

1Mənbələr