AZ

Əhmədin məhkəməsində qalmaqal yarandı -Xalası nəyə etiraz etdi?

Bakının Xətai rayonunda ikisi azyaşlı olmaqla beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xəzərnews.az Baku.tv-yə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasına Əhməd Əhmədov polisin müşayiəti ilə gətirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin olunub. Əhməd məhkəmə qərarı ilə anlaqsız hesab edildiyindən icra hakimiyyətindən ona qanuni nümayəndə təyin edilib.

Məhkəmə prosesində Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı Şəfaqət Bədəlova etiraz edərək adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

Ətraflı süjetdə

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
xezernews.az

1Mənbələr