AZ

İsmayıllıda TORPAQ SÜRÜŞMƏSİ: Sakinlər evlərini tərk edirlər - FOTO/VİDEO 

İsmayıllının Qoydan kəndində sakinlər torpaq sürüşməsi səbəbindən yaşayış yerlərini tərk edirlər.

Bu barədə Bizim.Media-nın Aran  bürosuna kənd sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, kənd ərazisində torpaq sürüşməsi təhlükəli həddə çatdığından sakinlər üçün həyati təhlükə yaranıb. Buna görə də kənd sakinləri təcili olaraq kənddəki evlərindən köç etmək məcburiyyətində qalıblar.

Hazırda sakinlərin kənddən köçü davam edir.

Sakinlər bildirirlər ki, təhlükəli vəziyyətlə bağlı bir neçə gün öncə aidiyyətiı üzrə müraciət etsələr də hələ ki, ərazidə heç bir əməli iş görülməyib. Kənd ərazsində isə təhlükə anbaan artmaqda davam edir.
Bildirilib ki, artıq sürüşmə yaşayış evlərini cənginə alıb. Çarəsiz qalan sakinlər aidiyyəti qurumlardan kömək gözləyirlər.
 









Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
bizim.media

1Mənbələr