AZ

Komitə sədri tanınmış teatr və kino aktyoru Elxan İsmayılovu təbrik edib

Tanınmış teatr və kino aktyoru, Azərbaycan Dövlət Kukla Teatrının Truppa müdiri, Dövlət Akademik Musiqili Teatrının aktyoru Elxan İsmayılovun 50 yaşı tamam olur. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Elxan İsmayılovun qarşıdan gələn əlamətdar yubileyi ilə bağlı ona təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli Elxan müəllim,

Sizi - tanınmış teatr və kino aktyorunu, qarşıdan gələn 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, sənət sevincləri arzulayıram!

Siz 1993-97-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" fakultəsində təhsil almış, təhsilinizi fərqlənmə diplomu ilə bitirmisiniz. 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) Balet truppasına işə qəbul olunmuş, 1994-99-cu illərdə balet artisti kimi fəaliyyət göstərmisiniz. Həmin illərdə

"Hicran", "Hərənin öz ulduzu", "Qızılgül", "İki küpəgirən qarı", "Nəğməli Könül", "Silva", "O olmasın, bu olsun", "Hələlik", "Qızıl toy", "Bir başqa gecə" və b. tamaşalarda uğurla iştirak etmisiniz. 1997-ci ildən aktyor ştatına keçirilmisiniz və aktyor kimi uğurlu obrazlar yaratmısınız: Baş münəccim ("Bir dəfə Budapeştdə"; E.Sabitoğlu), Nəzir ("Hərənin öz ulduzu"; S.Ələsgərov, İ.Məlikzadə), Mustafa ("Nəğməli Könül"; E.Sabitoğlu, X.Hasilova), Aşpaz ("Məhəbbət oyunu"; C.Quliyev, Q.Rəsulov), Ofisiant ("Səhnədə məhəbbət"; S.Fərəcov, Ə.Əmirli), Evlər müdiri ("Talelər qovuşanda"; R.Hacıyev), Doktor Şəkərli ("Əlin cibində olsun"; O.Rəcəbov, A.Babayev), Şair ("Məsmə xala dayımdır"; R.Mustafayev, C.Məmmədov), Meyxanaçı ("Şeytanın yubileyi"; O.Rəcəbov, A.Babayev), Vikond Kaskada ("Şən dul qadın"; F.Leqar), Məlik İbn Səid ("Bir saat xəlifəlik"; R.Şəfəq, A.Şaiq), Notarius ("Silva"; İ.Kalman), Vəli ("Arşın mal alan"; Ü.Hacıbəyli), Şəfi ("Ər və arvad"; Ü.Hacıbəyli), Əmirqulu ("Baladadaşın toy hamamı"; F.Allahverdi, ELÇİN), Dilənçi ("Mən dəyərəm min cavana"; F.Sücəddinov, T.Vəliyeva), Lüdovik ("Paris Notr-Dama ithaf"; V.Hüqo), Möhsün ("Beş manatlıq gəlin"; S.Rüstəmov, M.S.Ordubadi), Mirhəmid ("Bəxtiyar"; T.Quliyev, B.Laskin, N.Rojkov), Axund ("Toya bir gün qalmış"; Ə.Səmədli), Kral Yubet (“Yatmış gözəl və cırtdanlar”), Yaiçnitsa ("Evlənmə”; N.V.Qoqol) və b.

Sizi bütün yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm"!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
sesqazeti.az

3Mənbələr