AZ

Rusiya aviaşirkətləri təyyarələrin sayı barədə məlumatların dərcini DAYANDIRDI

Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərinin donanmalarında olan təyyarələrin sayı barədə məlumatların dərcini dayandırıb.

interpress.az xəbər verir ki, bu barədə ATO.ru saytı məlumat yayıb. Saytın məlumatına görə, bu yaxınlara qədər bu məlumat reyestrdə şöbənin saytında mövcud idi.

Orada hər bir aviaşirkət istifadə olunan təyyarələrin növlərini və onların sayını göstərib. İndi şöbənin saytında yalnız istismarda olan təyyarə modellərinin adlarını görmək olur, lakin onların sayı göstərilmir.

Federal Hava Nəqliyyatı Agentliyi təyyarələrin sayını gizlətməyin səbəbini izah etmir.

Departament sonuncu dəfə 2023-cü il oktyabrın 20-də təyyarələrin sayı ilə bağlı reyestr dərc edib. Həmin gün Rusiyanın 116 aviaşirkəti 2228 təyyarə və helikopterdən istifadə edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
interpress.az

1Mənbələr