AZ

AÇ-2024: İspaniya millisi qrup mərhələsini rekordlarla bitirdi

Avropa çempionatının (AÇ-2024) “B” qrupunda yer almış İspaniya millisi qrup mərhələsinə Albaniya ilə oyunla yekun vurub.

Arena.az məlumat verir ki, ispanlar bu oyunda da 1:0 hesablı qələbə qazanaraq, “B” qrupunun qalibi olublar.

Bu nəticə ilə “qırmızı qəzəb” Avropa çempionatlarında rekordlara imza atıb:

– İspaniya komadansı qrupun hər üç oyununda qalib gələrək, mütləq nəticə göstərib və qitə birincilikləri çərçivəsində bu nəticəyə nail olmağı bacarmış ikinci komanda olub.

Xatırladaq ki, müvafiq nəticəyə ilk dəfə İtaliya yığması AÇ-2020-də imza atıb.

– İspaniya millisi qrup mərhələsində öz qapısından bir qol belə buraxmayıb və müvafiq nəticəyə imza atımış ilk komanda olaraq adını tarixə yazıb. İspaniya yığması Xorvatiya (3:0), İtaliya (1:0) və Albaniya (1:0) yığmaları ilə oyunlarda “quru” hesabla qalib gələrək, qrup qalibi olub.

AÇ-2024-ün 1/8 final mərhələsinə vəsiqə qazanmış İspaniya yığması hazırda, bu mərhələdəki rəqibinin intizarındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
arena.az

1Mənbələr