AZ

“Dünyanın Ən Çirkin İti” yarışının qalibi oldu - FOTO

Kaliforniyada "Dünyanın Ən Çirkin İti" yarışması keçirilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Pekingese Wild Thing" 2024-cü il üçün "Dünyanın Ən Çirkin İti" adını alıb.

İt bundan əvvəl də 4 dəfə müsabiqədə iştirak etsə də, ilk dəfə birinci yeri tutub.

"Pekingese Wild Thing" müsabiqədə tez-tez qonaq olan səkkiz yaşlı pekinlidir.

İtin profilində qeyd olunub ki, "Wild Thing" balaca olarkən itlərə xas olan xəstəliyə yoluxub. Xəstəlik dişlərinin böyüməsini dayandırdığı üçün it həmişə dilini açıq saxıayıb gəzir. İtin ön sağ ayağı əyilmiş vəziyyətdə iflic kimi görünür.

Qeyd ddək ki, ən çirkin it yarışması 1971-ci ildən Kaliforniyanın Petaluma şəhərində keçirilir. Qalib münsiflər heyəti tərəfindən seçilir, lakin tamaşaçılar onlayn səsvermədə öz bəyəndiklərini seçə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
106
4
milli.az

4Mənbələr