AZ

“Mübariz ordumuz” – Masallıda tədbir

“Mübariz ordumuz” – Masallıda tədbir

 

Masallı rayonunda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar “Mübariz ordumuz” mövzusunda tədbir keçirilib.
Tədbir Masallı Rayon İcra Hakimiyyəti, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Respublika Həmkarlar İttifaqının Masallı rayon komitəsi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.
İyunun 25-də, “Viləş STV” istirahət mərkəzində keçirilən tədbirdə təşkilatçı qurumların rəhbər və məsul işçiləri, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bötüvlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva milli ordunun keçdiyi şərəfli yoldan, ordu quruculuğuna göstərilən dövlət qayğısından danışıb. 
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Raqil Məcidov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, din xadimi Həmid Məmmədov, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, “Qarabağ” və 3-cü dərəcəli “Rəşadət” ordenli ehtiyatda olan hərbçi Nazim Cəfərzadə, “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Respublika Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vahid Mirzəyev  çıxışlarında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan 106 yaşlı güclü, müasir Azərbaycan Ordusunun inkişaf tarixinin Ümummilli Liderin adı ilə bağlı olmasından, həmçinin Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ordu quruculuğu sahəsində aparılan işlərin ölkədə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verərək, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmasından bəhs ediblər.
Diqqətə çatdırılıb ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dövlət başçısı seçildiyi gündən həyata keçirdiyi yeni inkişaf konsepsiyası Azərbaycanı tarixin ən qüdrətli dövlətinə çevirib. Qalib Ordumuz Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb.
Vətən uğrundakı haqq savaşında Azərbaycan oğullarının göstərdiyi şucayətdən danışan natiqlər qeyd ediblər ki, suverenliyimizin tam bərpası hər birimizçün böyük qürurdur.
Vətən müharibəsi şəhidi Vüsal Məhərrəmovun atası Aslan Məhərrəmov, Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun qardaşı Sucəddin Novruzov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə, eləcə də şəhidlərin xatirəsinin yad edilməsilə bağlı keçirilən tədbirlərdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Birinci Qarabağ müharibəsi şəhidi Bəyalı Məmmədovun qardaşı Vüsal Məmmədov şəhidlərə həsr etdiyi şeiri səsləndirib.
Çıxış edənlər Vətənin, dövlətin keşiyini çəkən hərbçilərimizi əlamətdar gün münasibətilə təbrik edib, bu çətin və müqəddəs işlərində onlara uğurlar arzulayıblar.
Sonda Silahlı Qüvvələr gününə həsr edilmiş sərgiyə baxış keçirilib, xatirə şəkilləri çəkdirilib.

 

Akif VAQİFOĞLU.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
qht.az

1Mənbələr