AZ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

İyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-siaxşamadək gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğunartacağı gözlənilir.

Trend xəbər verir ki, bunuMilli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinindirektoru Asif Verdiyev bildirib.

O qeyd edib kı, yağıntıların intensiv və güclü olacağı iləəlaqədar Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsininərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyigözlənilir.

Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar,Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzurərazisindən axan çaylarda baş verə biləcək daşqınla əlaqədar həminərazilərdə çayların sahilində yaşayan və orada istirahət edənvətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

O, vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eynizamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanıçayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib:“Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axınınistiqamətinin hər an dəyişə biləcəyi gözləniləndir. Sel hadisəsibaşlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
az.trend.az

10Mənbələr