AZ

Ərdoğan və Putin arasında telefon danışığı oldu

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

  Türkiyә Prezident Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilən məlumata görə, söhbət zamanı görüş zamanı Rusiyanın Dağıstan Muxtar Respublikasında törədilən terror aktları barədə danışılıb. 

  Prezident Ərdoğan Türkiyənin hər cür terrora qarşı olduğu və hücumları nifrətlə qınadıqlarını söylədiyini bildirərək həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib və yaralananlara şəfa diləyib.

  R.T.Ərdoğan bildirib ki, Türkiyə bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
trt.net.tr

1Mənbələr