AZ

"Səbail"in Ərzurumdakı sonuncu rəqibi müəyyənləşdi

Bu həftə hazırlıqlara başlayacaq "Səbail"in Türkiyə toplanışı çərçivəsində keçirəcəyi daha bir yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisi Ərzurum toplanışını "Adanaspor"a qarşı keçirəcəyi sınaq matçı ilə yekunlaşdıracaq. 

Oyun iyulun 16-da baş tutacaq. "Dənizçilər" Bakıya ayın 18-də dönəcəklər. 

Qeyd edək ki, “Səbail” 2024/2025 mövsümünün hazırlıqlarına iyunun 27-dən start verəcək. Komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək. Şahin Diniyevin baş məşqçisi olduğu komanda iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Premyer Liqa təmsilçisi Ərzurumda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən “Hatayspor”la qarışlaşacaq. 

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
fanat.az

1Mənbələr