AZ

Putin və Ərdoğan terrorla mübarizəni müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Türkiyə lideri Dağıstanda törədilən terror aktlarını pisləyib, ölənlərə görə başsağlığı verib, yaralılara şəfa diləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Cümhuriyyətinin Kommunikasiyalar İdarəsi Ərdoğanın sözlərindən sitat gətirib: “Türkiyə terrorun bütün növlərinə qarşıdır və terror hücumlarını nifrətlə pisləyir”.

Bundan əlavə, Putin və Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində ünsiyyət qurmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, bazar günü axşam saatlarında terrorçular Dağıstana hücum ediblər. Yaraqlılar Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Altı hücumçu öldürülüb. Son məlumatlara görə, mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 21 nəfər həlak olub.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
sia.az

1Mənbələr