AZ

Dünyanın ən güclü pasportuna malik ölkələri - SİYAHI

Xarici pasport bir ölkənin vətəndaşına xarici ölkələrə səyahət etmək üçün verilən rəsmi sənəddir.

Bu sənəd sahibinin şəxsiyyəti və vətəndaşlığını təsdiq edir, beynəlxalq sərhədləri keçərkən istifadə olunur.

Xarici pasportlar, adətən, milli hökumət orqanları tərəfindən verilir və müəyyən müddət üçün etibarlı sayılır.

2024-cü il üçün dünyada ən güclü pasportların siyahısı hazırlanıb. \"Henley Pasport İndeksi\"ndə zirvədə qərarlaşan ölkə Sinqapur pasportu olub. Bu pasport sahibləri viza tələb olunmadan 195 ölkəyə səyahət edə bilirlər.

Siyahıda ikinci sırada Fransa, Almaniya, İtaliya, Yaponiya və İspaniya (194 ölkə) qərarlaşıb.
Üçüncü yerdə yerdə isə Finlandiya, Cənubi Koreya və İsveçin pasportları gəlir, hansı ki, 193 ölkəyə viza tələbi olmadan səfər etmək imkanı verir.

Növbəti yerləri Avstriya, Danimarka, İrlandiya, Lüksemburq və Birləşmiş Krallığın pasportları qərarlaşır, bu pasportlar sahiblərinə 192 ölkəyə səyahət imkanı yaradır​.
 
///BAKU.WS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
azxeber.com

4Mənbələr