AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib
İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobilin sürücüsü R.Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün "saxla" işarəsi verilib.
Sənədləri yoxlanılarkən R.Məmmədovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub.
Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Seçilən
94
3
ayna.az

4Mənbələr