AZ

ABŞ və Uruqvay asanlıqla, Meksika çətinliklə qalib gəldi - AMERİKA KUBOKU

İyunun 20-də ABŞ-də start götürən 48-ci Amerika Kubokunun (AK) qrup mərhələsi çərçivəsində keçirilən növbəti 5 matçın yalnız birində hesab açılmadı.

“Football-plus.az” xəbər verir ki, diqqəti daha çox cəlb edən nəticə isə Venesuelanın Ekvadora qalib gəlməsi oldu.

qrup mərhələsi, 1-ci tur
A qrupu
Peru – Çili 0:0
Peru: Qalyese, Arauxo, Sambrano, Kalyens (Abram, 84), Polo (Sonne, 84), Penya, Kartaxena, Kispe (Qrimaldo, 71), Advinkula (M.Lopes, 35), Lapadula, Flores (P.Gerrero, 84).
Çili: Bravo, İsla, P.Dias, Lixnovski, Suaso, Pulqar, M.Nunyes (Eçeverriya, 85), Davila (Bolados, 65), A.Sançes, Valdes (Osorio, 46), E.Varqas (Brereton, 65).
Arlinqtonda keçirilən matçın əvvəlində perulular üstün oyun sərgilədilər. Bir neçə dəqiqə sonra təşəbbüsü ələ alan çilililər rəqib qapısı qarşısında daha real qol vəziyyəti yaratdılar. Amma Aleksis Sançes əlverişli vəziyyətdə qapıya yol tapa bilmədi. Az sonra Davilanın baş zərbəsi dəqiq alınmadı. Hücumu böyük ölçüdə unudan Peru yığmasının veteran oyunçusu Advinkulanın hələ ilk hissədə əvəzlənməsini istəməsi komandası üçün ciddi itki sayılırdı. Lakin fasilədən sonra Lapadula peruluları önə keçirə bilərdi. Onun ilk zərbəsini qapıçı Bravo dəf etdi, növbəti cəhdi isə qeyri-dəqiq alındı. Xorxe Fossati son dəqiqələrdə veteran hücumçu Paolo Gerreronu meydana buraxmaqla qələbə üçün sonuncu ümidini ifadə etdi. Lakin matç başladığı hesabla sona çatdı. Nəticədə A qrupunda Kanadanı 2:0 hesabıyla məğlub edən Argentina yığması ilk turdan sonra vahid lider oldu.

Növbəti turun oyunları iyunun 25-də keçiriləcək: Çili – Argentina, Peru – Kanada.
B qrupu
Ekvador – Venesuela 1:2
Sarmyento, 40 – Kadis, 64. Belyo, 74.
Ekvador: A.Dominges, Feliks Torres, A.Presyado, Paço, İnkapye, M.Kaysedo, Franko (X.Kaysedo, 79), Yeboa (K.Rodriges, 35), Paes (Minda, 79), Sarmyento (Qrueso, 62), Valensiya.
Venesuela: Romo, A.Qonsales, Ferraresi, Osorio, Navarro, Kasseres (Belyo, 46), Y.Errera (Rinkon, 90+2), Xose Martines, Soteldo (Savarino, 63), Rondon (Ramires, 84), Maçis (Kadis, 46).

Santa Klaradakı matçın əvvəli favorit sayılan Ekvadorun üstünlüyü şəraitində keçdi. Amma hər şeyi Valensiya korladı. Komandanın aparıcı hücumçusu 22-ci dəqiqədə Xose Martinesin sinəsinə zərbə endirdiyi üçün qarşısında birbaşa qırmızı vərəqə gördü. Meydanda on nəfərlə qalmasına baxmayaraq, kifayət qədər cəsarətli oyun sərgiləyən Feliks Sançesin komandası fasiləyə az qalmış Sarmyento ilə hesabda önə keçdi.

Lakin ikinci hissədə Venesuela yığması say üstünlüyündən və rəqibin yorulmasından maksimum yararlandı.

Meksika – Yamayka 1:0
Arteaqa, 69.
Meksika: X.Qonsales, X.Sançes, Montas, X.Vaskes, Arteaqa, E.Alvares (Romo, 30), Çaves (E.Sançes, 78), Antuna (Alvarado, 78), Pineda (Karlos Rodriges, 68), Kinyones, Ximenes (Gilyermo Martines, 68).
Yamayka: Ueyt, Pinnok, Bernard (Ektor, 68), Latibodier, Lembikisa, Palmer, De Kordoviya-Rid (Dikson, 80), Li, Qrey (Lou, 68), Nikolson, Antonio (Sefas, 81).
İmkanları yüksək dəyərləndirilən Meksika yığması Yamaykanı çətinliklə məğlub etdi. Görünür, heyətin bir qədər gəncləşməsi Xayme Losanonun çalışdırdığı komanda üçün müəyyən problemlər yaradıb. Topa daha çox nəzarət edən meksikalılar qapı qarşısında az sayda real təhlükə yarada bildilər. 30-cu dəqiqədə onların lideri Edson Alvares zədə alaraq meydanı göz yaşları içində tərk etdi. Müdafiəçi Arteaqa isə 69-cu dəqiqədə sensasiyaya imkan vermədi. Məhz onun vurduğu qol Meksikanın gözlənilən qələbəsini təmin etdi.
26 iyun: Ekvador – Yamayka, Venesuela – Meksika.

C qrupu
ABŞ – Boliviya 2:0
Pulişiç, 3. Baloqun, 43.
ABŞ: Törner, Skalli, Riçards, Rim, Robinson, Adams (Musa, 46), Reyna (Kardozo, 65), Makkenni (De la Torre, 78), Vea (Eronson, 86), Pulişiç, Baloqun (Pepi, 66).
Boliviya: Viskarra, Xesus Saqredo, Akin, Xose Saqredo, Dieqo Medina (Kuelyar, 46), R.Fernandes (Vaka, 76), Sausedo, Xustinyano (Ramalyo, 46), Vilyamil, Minaço (Terseros, 46), Miranda (Alqaranyas, 67).
Ev sahibləri Boliviya ilə matçda aşkar faforit statusunu ilk yarıdaca sübut etdilər. Arlinqtonda keçirilən oyunun qəhrəmanı hesabı erkən açıb Baloquna məhsuldar ötürmə verən “Milan”ın yarımmüdafiəçisi Pulişiç oldu. Boliviyanı böyükhesablı məğlubiyyətdən bir neçə dəfə seyv edən qapıçı Viskarra qurtardı.

Uruqvay – Panama 3:1
M.Arauxo, 16. D.Nunyes, 85. Vinya, 90+1 – Murilyo, 90+3.
Uruqvay: Roçet, Nandes, R.Arauxo (X.Ximenes, 46), M.Olivera (S.Kaseres, 60), Vinya, Uqarte, Valverde (Bentankur, 84), De Arraskaeta (De la Krus, 60), Pelyistri, D.Nunyes, M.Arauxo.
Panama: Maskera, Farinya, Kordoba, Miller, Murilyo, K.Martines (Uels,. 65), Karraskilya (Ayarza, 89), Devis, Xose Rodriges (Qondola, 84), Barsenas (Lenis, 89), Faxardo (E.Gerrero, 84).

Gözlənildiyi kimi, Uruqvay Panamaya qalib gəldi. Amma Marselo Byelsanın komandası rəqib qarşısındakı üstünlüklərindən böyük ölçüdə yalnız son dəqiqələrdə yararlana bildi. Matçın qəhrəmanı Maksimiliano Arauxonun hesabı açmasına şərait yaradan və özü əsas vaxt sona çatan kimi qapıya yol tapan sol cinah müdafiəçisi Vinya oldu.

27 iyun: Panama – ABŞ, Uruqvay – Boliviya.
tarix saat oyun
25 iyun 02.00 Peru - Kanada
25 iyun 05.00 Çili - Argentina
26 iyun 02.00 Ekvador – Yamayka
26 iyun 05.00 Venesuela - Meksika
27 iyun 02.00 Panama – ABŞ
27 iyun 05.00 Uruqvay - Boliviya
28 iyun 02.00 Kolumbiya – Kosta Rika
28 iyun 05.00 Paraqvay - Braziliya
29 iyun 04.00 Argentina – Peru
29 iyun 04.00 Kanada – Çili

Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
football-plus.az

1Mənbələr