AZ

Dağıstan rəhbəri qadınların niqab geyinməsinin əleyhinə çıxıb

Dağıstan rəhbəri Sergey Melikov qadınların niqab geyinməsinin əleyhinə çıxış edib.

O, bu geyimin Qafqaz xalqları üçün xarakterik olmadığını deyib.

\"Şəxsən mən niqab geyinməyin əleyhinəyəm, o cümlədən terrorizmə qarşı mübarizə üzrə tapşırıqları dəfələrlə yerinə yetirmiş şəxs kimi, həm də ona görə ki, ilk növbədə Qafqaz xalqları üçün qeyri-adi olan bu geyim kişilərin də gizlənməsinə şərait yaradır. Bu örtüyün arxasında qadınlar qadağan olunmuş əşyalar daşıya bilər. Təhlükəsizlik baxımından bunun əleyhinəyəm”, - Dağıstan rəhbəri qeyd edib.
 
///APA 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
azxeber.com

6Mənbələr