AZ

İvan Konovalov “Turan Tovuz”da - Rəsmi

Rusiyanın “Baltika” (Kalininqrad) klubunun qapıçı İvan Konovalov bundan sonra “Turan Tovuz”un formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Vaxtilə Rusiyanın U-21 millisinin də şərəfini qorumuş qapıçı ilə “1+1” illik müqavilə imzalanıb. Konovalov “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdiyevin Tovuz təmsilçisindəki ilk transferi hesab oluna bilər.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan 29 yaşlı qolkiper Rusiyada “Amkar”, “Sevastopol”, “Astraxan”, “Rubin”, “Ural”, “Baltika” ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

“Turan Tovuz” daha öncə “Araz-Naxçıvandan ayrılmış Tural Bayramlını da heyətinə qatmışdı. Ötən mövsüm “Şamaxı”da icarədə olmuş Elçin Qasımov da Tovuz klubuna qayıdıb. Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con və Faiq Hacıyevlə də yeni müqavilə bağlanmışdı. Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”), Aydın Bayramov (“Zirə”) və Belaydi Pusi (“Şamaxı”) isə əyalət təmsilçisindən ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
arena.az

1Mənbələr