AZ

İspaniya 4 min ukraynalı hərbçinin təlim keçdiyini açıqlayıb

İspaniya Madrid və Kiyev arasında ikitərəfli saziş çərçivəsində Ukrayna ilə əməkdaşlığı davam etdirir.

Bunu iyunun 25-də İspaniyanın Aİ məsələləri üzrə dövlət katibi Sampedro Makros bildirib.

Razılaşma mayın sonunda İspaniyanın baş naziri Pedro Sançes və Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb.

“Biz Ukrayna hərbçilərinə təlim keçməyə davam edirik. Artıq 4 min Ukrayna əsgəri İspaniyada təlim keçib”, - deyə Makros Aİ nazirlərinin ümumi məsələlər üzrə görüşündən əvvəl qeyd edib.

Mövsüm

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
aznews.az

2Mənbələr