Dünyanın ən uzun iti ölüb.
Anons.az bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-də yaşayan Kevin adlı it bu yaxınlarda Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən hündür iti seçilib. Ginnesin Rekordlar Kitabı tərəfindən verilən açıqlamada Kevinin öldüyü bildirilib.
ABŞ-nin Ayova ştatında yaşayan Kevin adlı 1 metr boyu olan danimarkalı it ötən il üç yaşında ölən əvvəlki rekordçu Zevsi əvəz edərək, martın 20-də dünyanın ən uzun iti adını qazanıb.