AZ

Rusiyada 4 hərbçi həbs olunub

Saxalində dörd hərbçi fərarilikdə təqsirli bilinib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Yujno-Saxalinsk Qarnizonu Hərbi Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İş materiallarına görə, Zaporojye vilayətində döyüş mövqelərində olan iki nəfər əvvəlcədən razılaşdırılaraq 22 iyul 2023-cü ildə xidməti tərk edərək, 2024-cü il martın 14-də həbs olunana qədər gizləniblər.

 

Məhkəmə hərbi qulluqçuların hərəkətlərini səfərbərlik, hərbi vəziyyət və hərbi əməliyyatlar dövründə törətdikləri fərarilik kimi qiymətləndirib - Saxalin sakinlərinin hər biri cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək üçün 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Digər iki məhkum isə DXR-də qalıb. Onlardan biri 2023-cü ilin oktyabrında dincəlmək istəyib döyüş mövqelərini tərk edib, sonra isə dekabrda özü hərbi istintaq idarəsində peyda olub.

 

Digəri isə 28 oktyabr 2023-cü ildə üzrlü səbəb olmadan bölməni tərk edib və 28 mart 2024-cü ildə saxlanılıb.

Hərbi qulluqçu müvafiq olaraq 6 il 6 ay və 7 il müddətinə ümumi rejimli koloniyada cəza çəkməklə cəzalandırılıb.

Miri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
oxu24.com

1Mənbələr