AZ

Tibbi texnologiyanın inkişafı... Epilepsiya xəstəsi uşağın beyninə yerləşdirilən implant qıcolmaları azaldıb

Epilepsiya xəstəsi olan uşağın beyninə implant yerləşdirilib. Cihaz növbəti qıcolmaları əhəmiyyətli dərəcədə azaldıb. Metod dünyada bir ilk olaraq qeydə alınıb. Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Böyük Britaniyada tibb tarixinə düşəcək bir inkişaf baş verib. "BBC"nin məlumatına görə, epilepsiya xəstəsi olan uşağın kəllə sümüyünə epilepsiya üçün hazırlanmış cihaz yerləşdirilib. Metod dünyada bir ilk dəfə tətbiq edilib və əməliyyat uğurlu olub. Epilepsiya aparatının məqsədi xəstənin qıcolmalarını azaltmaqdır. 13 yaşlı Oran Noulsondan alınan məlumatlar nəticələrin ümidverici olduğunu göstərir. Qıcolmalar 80% azalıb Açıqlamaya görə, cihaz quraşdırıldıqdan sonra Noulsonun gündüz epilepsiya tutmalarında əhəmiyyətli dərəcədə 80% azalma müşahidə edilib. Anası "BBC"yə bildirib ki, oğlunun həyat keyfiyyəti xeyli yaxşılaşıb. Cihazın daxil edildiyi 8 saatlıq cərrahiyyə əməliyyatı keçən ilin oktyabrında Londonda "Great Ormond Street Hospital"da aparılıb və yerləşdirilib. Noulson Lennox-Gastaut sindromu, epilepsiyanın müalicəyə davamlı forması idi. O vaxtdan bəri gündə 20-dən 100-ə qədər qıcolmalar keçirirdi. Bəzən uşaq bu qıcolmalar zamanı yerə yıxılır, hətta huşunu itirirdi. Əməliyyatdan sonra aparılan müşahidələr qıcolmaların sayının azaldığını göstərib. Epileptik nöbetlər beyində anormal elektrik fəaliyyətinə səbəb olur. Bildirilir ki, implant sabit cərəyan nəbzi yayır və anormal siqnalları bloklamaq və pozmaq məqsədi daşıyır. "Great Ormond Street Hospital", "University College London", "King's College Hospital" və Oksford Universitetinin iştirak etdiyi layihədə "Picostim" adlı neyrotransmitter "Amber Therapeutics" adlı şirkət tərəfindən hazırlanıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
bizimyol.info

1Mənbələr