AZ

Cənubi Koreyada fabrikdə yanğın: 20 ölü

Koreya Respublikasının paytaxtı Seulun cənubundakı litium akkumulyator zavodunda baş verən yanğında ilkin məlumata görə, 20 nəfər həyatını itirib.

525.az xəbər verir ki, yanğınsöndürmə briqadası Seulun cənubundakı Hvason şəhərində "Aricell" litium batareyaları istehsal edən fabrikdə baş verən yanğına müdaxilə edib.

İlkin məlumata görə, yanğın nəticəsində 20 nəfər ölüb, ölən işçilərin şəxsiyyəti isə hələlik müəyyən edilməyib.

Daxili işlər və təhlükəsizlik naziri Li Sanq-min də müvafiq dövlət qurumlarından və yerli hökumətlərdən bütün mövcud resurslar və imkanları səfərbər etməyi istəyib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
525.az

1Mənbələr