AZ

Bu pendirdən UZAQ DURUN! – Sonsuzluq yaradır

Xəbər verdiyimiz kimi dünyanın bir çox ölkəsində satışı həyata keçirilən məşhur "Villa Gusto" pendir brendinin məhsullarında mikroplastik aşkarlanıb. Bu maddə sonsuzluq kimi ciddi sağlamlıq problemlərinə yol açdığı üçün bəzi ölkələrdə məhsulun rəflərdən yığışdırılması qərarı verilib.

Bildirilir ki, yad cisimlər brendin 125 qramlıq motsarella pendirlərində müəyyən olunub. Şirkət bütün məhsullar üçün pulu geri qaytaracağını bildirib. Lakin istehlakçılar baş verənlərə görə narazılıqlarını bildiriblər. 

Maraqlıdır, "Villa Gusto" pendiri Azərbaycanda istehlak olunurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bidirdi ki, İtaliyanın “Mozzarella” şirkətinin pendirləri Azərbaycanda geniş çeşiddə satılır:

“Bununla belə demək olmaz ki, bu brendin istehsal etdiyi bütün məhsullar təhlükəlidir. Burada söhbət yalınız "Villa Gusto" pendirindən gedir. Əgər bu növ pendirlər Azərbaycanda varsa, o zaman təcili olaraq bu məhsullar bazardan çıxarılmaıdır. Yəqin ki, AQTA bu məlumatdan xəbərdardır. Ona görə də insan sağlamlığına ziyan vuran istənilən qida, o cümlədən də "Villa Gusto" pendiri dövriyyədən çıxarılmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
anons.az

5Mənbələr