AZ

Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır- ÖZƏL

"Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrildi. İlham Əliyevin təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi  mindən çox müdafiə və hücum  təyinatlı məhsullar istehsal edir. Prezident İlham Əliyev hər zaman Milli Ordumuzun Müdafiə qüdrətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılmasına böyük diqqət ayırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Son illərdə Azərbaycanın hərbi sənaye kompleksində ən müasir və müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları istehsal edilir. Azərbaycanın öz zavodlarında istehsal edilən hərbi təyinatlı məhsullar ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Bu hərbi məhsullar Azərbaycan Ordusunu təmin etməklə yanaşı digər xarici ölkələrə də ixrac olunur. Eyni zamanda ölkəmiz bir çox dövlətlərlə müqavilələr imzalayaraq hərbi əməkdaşlıq əlaqələrini gücləndirir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır. "Qlobal Fire Power" mərkəzinin hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sıralarında yer alır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
olaylar.az

2Mənbələr