AZ

O, Türkiyə nəhənginə transfer olunur

"Benfika"nın yarımmüdafiəçisi Rafa Silva karyerasını Türkiyədə davam etdirəcək.

Publika.az xəbər verir ki, insayder Pedro Almeydanın sözlərinə görə, yaxın günlərdə Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatacaq 31 yaşlı yarımmüdafiəçi "Beşiktaş"ın futbolçusu olacaq. Silva Türkiyə klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Silva 2016-cı ildən "Benfika"da çıxış edir. Bu müddət ərzində "qartallar"ın heyətində 326 oyun keçirib, 94 qol vurub və 79 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
publika.az

1Mənbələr