AZ

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ordu quruculuğu durur- ÖZƏL

"Ümummilli lider Heydər Əliyevin hələ sovetlər dönəmində Azərbaycanda ordu quruculuğuna diqqət yetirməsi, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olması, Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına səbəb olmuşdur". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar İskəndərov deyib: "Bu baxımdan deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu günki ordumuz Ulu Öndərin bünövrəsini qoyduğu özüllərin üzərində inkişaf edib. Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətin mərkəzində ordu quruculuğu durur. Ordu quruculuğu müstəqillik illərində də davam edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
olaylar.az

2Mənbələr