AZ

Kremldən iddia: “30-dan çox ölkə BRİKS-ə daxil olmaq istəyir”

Yuri Uşakov: “BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı durmadan artır”
“Tailand və Malayziya da daxil olmaqla, 30-dan çox ölkə BRİKS qrupuna qoşulmaq üçün müraciət edib”. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Bu və ya digər formada BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı durmadan artır”, - deyə o, əlavə edib və deyib ki, “bu yaxınlarda iki Asiya ölkəsi, Malayziya və Tailand assosiasiyaya üzv olmaq istədiklərini bəyan ediblər.
İyunun 17-də “Pya Thai” (Taylar naminə) Partiyasının beynəlxalq komitəsinin rəhbəri Nalini Taweesin bildirib ki, Tailand yaxın gələcəkdə BRİKS-ə qoşulmağa və ölkələr qrupu çərçivəsində əlaqələri inkişaf etdirməyə hazırdır. Tailandın xarici işlər naziri Marit Sangyemphong Rusiya xarici işlər naziri Sergey Lavrova ölkəyə assosiasiyaya tamhüquqlu üzvlük verilməsini xahiş edən məktub ünvanlayıb.
İyunun 18-də Malayziyanın baş naziri Ənvər İbrahim də ölkəsinin tədricən genişlənən BRİKS-in bir hissəsi olmaq arzusunu ifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
ayna.az

1Mənbələr