AZ

55 min müəllimə əlavələrin ödənilməsi nəzərdə tutulur - Nurlan İsmayılbəyli

55 min müəllimin əməkhaqqılarına əlavələrin ödənilməsi nəzərdə tutulur. unu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
 
"Sertifkatlaşdırma imtahanlarına 2022-ci ildən start verilib. Hazırda 32 min müəllimin əməkhaqqısına əlavələr ödənilir. 2024-cü 21-24 iyun tarixlərində riyaziyyat və xarici dil üzrə sertifkatlaşma prosesi keçirilib və 55 min müəllimin əməkhaqqılarına əlavələrin ödənilməsi nəzərdə tutulur”, -  İsmayılbəyli jurnalistlər üçün brifinq zamanı vurğulayıb.

N.İsmayılbəyli qeyd edib ki, İmtahanda iştirak etməyən və minimum bal toplayan müəllimlərin sayı 8 min olub ki, onlar üçün sentyabr ayında yenidən sertifkasiya imtahanı keçiriləcək:

"Növbəti müddətdə müəllimlərin sosial və rifah halının yaxşılaşdırlması ilə bağlı addımlar atılacaq.Əməyinə xitam veriləcək müəllimlər qarşısında bütün öhdəliklər həyata keçiriləcək. İbtidai sinif üzrə sertifkatlaşdırma prosesi 4 regionu əhatə edirdi. Aşağı bal toplayan müəllimlər Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran regional təhsil idarələrinin müəllimləri olub”.
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
anews.az

3Mənbələr