AZ

Zəngəzurda “10 min illər əvvəl ermənilər yaşayıb?”– “Qosdepin” nümayəndəsi İrəvanda “ağ elədi”...

Image

Əli Orucov: “Xaçikyanın sərsəmləməsi xəstə düşüncənin məhsuludir”

ABŞ Dövlət Departamentinin şəhər və dövlət diplomatiyası üzrə xüsusi nümayəndəsi Nina Xaçikyan Zəngəzura səfər edib. O, bu barədə “X” platformasında paylaşımında bildirib.

N.Xaçikyan Zəngəzura tarixi və mədəni yerlərlə tanış olmaq üçün səfər etdiyini bildirib: “Evə qayıtmadan əvvəl axırıncı həftəsonumu Sünikdə (Zəngəzur) keçirdim. Tarix, mədəniyyət, ecaskar təbiət məni valeh etdi”.

Erməni əsilli ABŞ rəsmisi N.Xaçikyan Zəngəzurun “qədim erməni torpağı” olduğunu, ermənilərin on min illərdir orada yaşadığını iddia edib. O, Ermənistanı “xristianlığı qəbul edən ilk dövlət” adlandırıb və Zəngəzurda yerləşən kilsələrin buna nümunə olduğunu deyib. 

Qeyd edək ki, erməni əsilli Nina Xaçikyan 2022-ci ilə kimi Los-Anceles merinin beynəlxalq məsələlər üzrə birinci müavini olaraq çalışıb. Daha sonra isə ona ABŞ Müdafiə Nazirliyində yüksək vəzifə verilib.

“Nəinki on min il əvvəl, heç 300 il əvvəl də Zəngəzurda erməni yaşamayıb” 

Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında Xaçikyanın fikirlərindən təəccüblənmədi: “Niyə? Ona görə ki, ermənilərdən və erməni əsilli şəxslərdən nə desən gözləmək olar. Dəxli yoxdur bunlar hansı statusdadılar. Sıravidilər, yoxsa hansısa dövlət qurumunu təmsil edirlər. Ermənilərdən olsa deyərlər ki, Adəmlə Həvva erməni olub. O baxımdan N.Xaçikyanın sərsəmləməsi xəstə düşüncənin məhsuludir. Nəinki on min il əvvəl, heç 300 il əvvəl Zəngəzurda erməni yaşamayıb. Ermənilərin qədim Azərbaycan ərazilərinə kütləvi köçürülməsi Çar Rusiyasının qərarı ilə olub. Söhbət ondan gedir ki, 1813 Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra yüz minlərlə erməni İran, Türkiyə və Yaxın Şərqdən İrəvan Xanlığı və Zəngəzur ərazilərinə köçürülüb. Ermənilərin cəsarəti, azacıq ləyaqətləri varsa Rusiyadakı arxivlərə müraciət edə bilərlər. N.Xaçikyanın məlum fikirləri təkcə xəstə erməni təəssübkeşliyinin məhsulu deyil. Bu, həm də siyasi xarakterli provokasiyadır. Belə gülünc iddiaların arxasında Ermənistanı öz tərəflərinə çəkmək məqsədi dayanır. Məlum olduğu kimi, son aylar Ermənistanda Qərblə Rusiya arasında geosiyasi mübarizə kəskinləşir. Qərb Rusiyanın Ukrayna bataqlığında olduğu şəraitdən istifadə edərək Ermənistanı Moskvanın təsirindən çıxarmaq üçün müxtəlif şirnikləndirici vədlərlə çıxış edir. Bunlardan biri də guya yaxın perspektivdə Ermənistanın Avropa İttifaqına üzv olması ilə bağlıdır. Xüsusən də aprelin 5-də keçirilən Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşündən sonra bu yöndə fəaliyyət daha da intensivləşib. Qərbin məsəhəti ilə Ermənistan KTMT-dən çıxmır, amma bu qurumun tədbirlərinə qatılmır və s. Bu baxımdan hesab edirəm ki, ABŞ Dövlət Departamenti rəsmisinin Zəngəzurla bağlı sərsəm fikirləri həm də erməniləri Qərbə yönəlik şirnikləndirməklə bağlıdır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
baki-xeber.com

1Mənbələr