AZ

Kaliforniyada 2024-cü ilin “ən çirkin iti”ni seçdilər

Kaliforniyada yerləşən Sonoma-Marin Sərgisinin saytında Pekinli 8 yaşlı itin 2024-cü il üçün “Dünyanın Ən Çirkin İti” seçildiyi bildirilib.

Publika.az xəbər verir ki, it bundan əvvəl 4 dəfə müsabiqədə iştirak etsə də, ilk dəfə birinci yeri qazanıb.

Vebsaytda 8 yaşlı itin uzun müddətdir ki, xəstəliyə yoluxduğu qeyd olunub. Xəstəlik dişlərinin böyüməsini dayandırdığı üçün it həmişə dilini çölə çıxararaq ağzı açıq gəzir. Bundan başqa itin ön sağ ayağı əyilmiş vəziyyətdə iflic olub.

Ən çirkin itin sahibi beş min dollar mükafat qazanaraq NBC-nin “Today” şousunda iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
4
publika.az

5Mənbələr