AZ

Özbəkistan turizmində rekord: Beş ayda 2,8 milyon xarici turist gəldi

Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-may dövründə Özbəkistana gələn xarici turistlərin sayı artaraq 2,8 milyona çatıb.

Hafta.az-ın yazdığına görə, turistlərin ən çox gəldiyi ölkələr əsasən region ölkələri olub, sırasıyla Tacikistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Türkmənistandır.

Eyni zamanda, Türkiyə, Hindistan, Çin, İtaliya və Cənubi Koreyadan gələn turistlərin sayında da ciddi artımlar müşahidə olunmaqdadır.

Özbəkistanın tarixi və mədəni sərvətləri ilə məşhur olan Xivə şəhəri turist axınının mühüm mərkəzlərindən biri kimi diqqət çəkir. Tarixi tikililəri, mədəni irsi və bənzərsiz ab-havası ilə Xivə turistlərin sevimli məkanlarından birinə çevrilib.

Turistlərin böyük marağına səbəb olan Xivəni paytaxt Daşkənd, tarixi İpək Yolunun mühüm dayanacaqlarından olan Səmərqənd, Buxara və Şəhrisəbz izləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
hafta.az

1Mənbələr