AZ

Mərakeş kralı Qəzza əhalisi üçün humanitar tibbi yardım əməliyyatı həyata keçirilib

Əl-Qüds Komitəsinin sədri olan Əlahəzrət Kral VI Məhəmməd Qəzzanın fələstinli əhalisinə humanitar tibbi yardım göstərilməsi ilə bağlı yüksək göstərişlər verib.
 
Əlahəzrət Kralın göstərişi ilə edilən bu yardım xüsusən yanıqların, cərrahi və travmatoloji qəzaların müalicəsi üçün nəzərdə tutulan vasitələr, eləcə də zəruri dərmanlardan təşkil olunan 40 ton tibbi məhsuldan ibarətdir. Bu məhsullar həm böyüklər, həm də uşaqlar üçün istifadə oluna bilər.
 
Əlahəzrət Kral yardımın böyük bir hissəsini Kralın şəxsi vəsaiti hesabına ödəməyə razılıq verib.
 
Mərakeş yardımı ötən Ramazan ayında Kralın göstərişi ilə yerinə yetirilmiş ərzaq yardımı əməliyyatının həyata keçirildiyi quru yolu vasitəsilə nəql ediləcək. 
Fələstin əhalisinə fayda verən bu genişmiqyaslı humanitar əməliyyatlar Əl-Qüds Komitəsinin sədri olan Əlahəzrət Kral VI Məhəmmədin Fələstin məsələsi ilə bağlı səmərəli öhdəliyini və daimi qayğısını təsdiq edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
moderator.az

1Mənbələr