AZ

Baş direktor: Türk mütəxəssislərinin Azərbaycana gətirilməsi sənayenin inkişafına güclü təkan verə bilər

Baş

Bakı, 25 iyun, AZƏRTAC

Bu gün Azərbaycana gəlməkdə və bu sərgidə iştirak etməkdə məqsədimiz iş adamları ilə əlaqələr qurmaq, əməkdaşlıq etməkdir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı “5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə Türkiyənin “Milad İş Dünyası” dərnəyinin baş direktoru Hüseyn Terzi bildirib.

Azərbaycanla Türkiyə arasında sənayenin inkişafina töhfə verməyin əsas missiyaları olduğunu deyən baş direktor hər iki ölkə arasında ticarət həcminin artırılmasına çalışdıqlarını qeyd edib.

“2022-2023-cü illərdə Türkiyə və Azərbaycanın ticarət həcmində 30 faiz artım müşahidə olundu. Cari ildə isə bu rəqəmin 10 milyard dollar olacağı gözlənilir. Azərbaycan və Türkiyə dövlət başçılarının son görüşlərində isə ticarət həcminin 15 milyard dollara çatdırılması kimi daha ciddi hədəflər ortaya qoyulub. Biz, türk iş adamları da Avropada və ya digər ölkələrdə yaşamağımızdan asılı olmayaraq, dil və din qardaşlarımızla, o cümlədən Azərbaycandakı qardaşlarımızla iş birliyi qurmaq, ölkə iqtisadiyyatına ciddi investisiyalar qoymaq niyyətindəyik. Bu baxımdan hesab edirəm ki, sərgi türk iş adamları və sənayeçiləri üçün gözəl imkanlar açacaq”, - deyə Hüseyn Terzi vurğulayıb.

Birgə əməkdaşlıq çərçivəsində bir sıra müqavilələr imzalanacağını da əlavə edən H.Terzi son illər Azərbaycanda digər sahələrlə yanaşı sənayenin də inkişaf etdiyini söyləyib: “Türkiyədə sözügedən sahə xeyli inkişaf edib. Odur ki, Türkiyə texnologiyasının və mütəxəssislərinin Azərbaycana gətirilməsi, eyni zamanda sərmayə yatırılması çox önəmli məsələ olmaqla, sənayenin inkişafına güclü təkan verə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azertag.az

1Mənbələr