AZ

Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın şərəfli tarixidir

Azərbaycan

Tərtər, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu quruculuğu sahəsində aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın şərəfli tarixidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbirində səsləndirilib.

Tərtər Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə N saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər iştirakçıları əlamətdar gün münasibəti ilə təbrik edib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğundan, Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qazanılan uğurlardan, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən, döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaətlərdən danışıblar.

Tədbir çərçivəsində “Əsgərə məktub” və “Əsgər məktubu” layihələri həyata keçirilib. Hərbi qulluqçuların nümunəvi çıxışları maraqla qarşılanıb. Xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və hədiyyələr, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkürnamələr, Elman Hüseynov adına “Dəmir yumruq” kikboksinq idman klubunun idmançılarına Azərbaycan çempionatında əldə etdikləri nailiyyətlərə görə diplomlar təqdim olunub.

Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin ansamblı konsert proqramı ilə çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azertag.az

1Mənbələr