AZ

"Gədəbəy Mineral Suları”na cərimə yazıldı

"Gədəbəy Mineral Suları” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Marif Kazımovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, MMC min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
e-huquq.az

1Mənbələr