AZ

Azərbaycanın qüdrətli Zəfər Ordusu ŞƏRH

Zəfər qazanmış xalqımız, Bütöv Azərbaycan Silahlı Qüvvələrimizin yaradılmasının 106-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qarşılayır. Tarixi qələbələrə imza atmış, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibinə çevrilmiş Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət olaraq bu bayramı qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlər ölkəmizi zirvələrə yüksəltmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində də kifayət qədər əhəmiyyətli tədbirlər həyata keçirilib. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti son 20 ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, müasir mütəşəkkil ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. Belə ki, ilk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı və hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Həmin dövrdə Bakıda iki ali hərbi məktəb var idi: Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin nəticəsi olaraq Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbi açıldı və qısa zaman məsafəsində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Beləliklə, orduda peşəkar hərbçilərin sayı da artdı. C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, eləcə də Sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsi öz nəticəsini vermiş oldu.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Atəşkəs dövründə ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi. Milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı. Bütün bunlarla yanaşı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edildi. Ulu Öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar əsaslı dönüşlə nəticələndi. Müasir dövrümüzdə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Ölkəmizdə istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillər sırasındadır.

Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfərimizi tariximizə həkk etdi. Ötən ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır.

Güləddin Dadaşov,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri,

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
sesqazeti.az

1Mənbələr