AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda iki kluba texniki məğlubiyyət verilib.
U-17 Liqasında iyunun 20-də keçirilməli olan “Kəpəz” - “Zirə” matçı qonaqların təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticədə “Zirə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqasında isə “Masallı” klubu “Atletico Baku” ilə matçda oyunu buraxmalı olan Ruslan Abdulxalıqovun xidmətindən istifadə etdiyinə görə cəzalanıb. Bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta