AZ

Setfikatlaşdırma imtəhanından kəsilən müəllimlərin aqibəti necə olacaq? -AÇIQLAMA

Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, bu barədə iyunun 25-də keçirilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında bildirilib. Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.
Maraqlıdır,təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlər növbəti il sertifikasiyada iştirak edərək işə girmək imkanları olacaq? 3909 nəfərin yeri necə doldurulacaq?

Məsələni dəyərləndirən təhsil eksperti Elşən Qafarov "Sherg.az"a açıqlamasında deyib ki, indiyə qədər 40 mindən yuxarı müəllim sertifikatlaşma prossesindən keçib: 
''Nəticə etibarı ilə imtahanda iştirak edən hər 100 müəllimin 88-i keçid balını keçib, 21-i isə 51-dən yüksək bal toplayıb. Fikrimcə, ilk dəfə keçirilən sertifikasiya üçün uğurlu nəticədir. Nəzərə almaq lazımdır ki, son 33-ildə birinci dəfədir müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılır. Baxmayaraq ki, 1994-cü ildə formal şəkildə attestasiya keçirilib. Bu prossesə 10 ilə yaxın bir vaxtda hazırlaşırıq. 2014-cü ildə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıldı. Bu tendensiya 2014-2017-ci illəri əhatə etdi. Nəhayət 2022-ci ildə isə müəllimlərin sertifikatlaşdırılmasına başlanıldı. İmtahanda suallar çox sadə, 9-cu sinifin buraxılış imtahanları səviyyəsində idi. Bir sözlə, Elm və Təhsil Nazirliyi prossesə hümanist yanaşdı. Birinci dəfə sertifikat imtahanından keçə və iştirak edə bilməyənlərə bir il müddətində əlavə vaxt verilir. Fikrimcə, dörd minə yaxın müəllimin imtahandan kəsilməsi elə də böyük rəqəm deyil. Bu il imtahandan kəsilən və iştirak edə bilməyən müəllimlərin 1 il vaxtları var. Sevindirici haldır ki, Azərbaycan müəllimləri sertifikatlaşdırma prossesini qəbul edir''.

Ekspert diqqətə çatdırıb ki, ikinci dəfə sertifikatlaşdırmadan keçə bilməyənlərin əmək müqaviləsinə 28 iyunda xitam veriləcək: 
''Bunun üçün həmin şəxslərin siyahısı təqdim edilməlidir. Lakin, təhsil idarəetmə orqanları tələskənliyə yol verirlər. Sertifikatlaşdırma Şurası və Təhsil Nazirliyinin qərarı olmadan müəllimlərin əmək müqaviləsinə xitam verilməsi tapşırılıb. Bu da narazıçılığa səbəb olur. Çünki həmin şəxslər məhkəməyə müraciət edə bilərlər. Ona görə də əmək qanunvericiliyinin 79-cu maddəsinin tələbləri gözlənilməlidir. İşdən çıxarılan müəllimlər ruhdan düşməsinlər və gələn ilki imtahana maksimum yaxşı hazırlaşsınlar".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
sherg.az

1Mənbələr