AZ

135 nömrəli marşurt sürücüsü işdən kənarlaşdırdı

İyunun 17-də Xırdalan şəhəri istiqamətində fəaliyyət göstərən 135 saylı marşrut xətti üzrə idarə etdiyi avtobusu özbaşına tərk edən və sərnişinlərlə kobud danışan sürücü işdən çıxarılıb.

Bu barədə “Qafqazinfo”ya 135 saylı xətt üzr xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Daewoo” markalı,  10-TH-054 dövlət nömrə nişanlı avtobusun sürücü  Məhərrəmov Nizami Niyaz oğlunun sərnişinlərlə kobud rəftarı və avtobusu özbaşına tərk etməsi araşdırılıb və onunla əmək müqaviləsinə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
anons.az

2Mənbələr