AZ

Matyaj Kek: “Sloveniya yığması İngiltərə ilə oyuna hazırdır” - ARENA.AZ

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İngiltərə yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, sloven mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bütün oyunçular, bəziləri isə xüsusi proqram əsasında məşq ediblər. Münhendəki oyundan (Sloveniya – Serbiya – 1:1, – redaktorun qeydi) sonra bir qədər məyusluq yaşadıq, amma indi yarışın favoritlərindən biri ilə görüşdə nikbinliyə ehtiyacımız var.

Görkəmli komanda olan İngiltərə yığmasına hörmətlə yanaşırıq, taleyimiz hələ də öz əlimizdədir. Bu qarşılaşma indiki nəsil futbolçularımız üçün ən böyük sınaq olacaq.

Amma əminəm ki, bu, sonuncu olmayacaq. Serbiya yığmasından sonra əsəblərimizi sakitləşdirdik və həmin oyunun müsbət və mənfi tərəflərini təhlil etdik. Biz hazırıq”, deyə Matyaj Kek vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “C” qrupunun İngiltərə – Sloveniya oyunu bu gün, iyunun 25-də Kölnün “Reyn Enerqi” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “C” qrupunun mənzərəsi belədir:

  1. İngiltərə – 4 xal
  2. Danimarka – 2 xal
  3. Sloveniya – 2 xal
  4. Serbiya – 1 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
arena.az

1Mənbələr