AZ

Müharibədə çətin VƏZİYYƏT: “Bu şəhər Rusiya ordusunun əsas hədəfidir” – Ukraynalı politoloq

“Zaporojye Ukraynanın cənubunda yerləşən ən böyük şəhər olaraq əsas hədəfdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya-Ukrayna müharibəsinin hazırki vəziyyətini şərh edən ukraynalı politoloq Andrey Zolotarev deyib.

Onun sözlərinə görə, yay aylarının sonuna doğru Rusiya qoşunlarında aktivlik müşahidə oluna bilər.

“Yəni böyük hücumun olacağı gözləniləndir. Zaporojye Ukraynanın cənubunda yerləşən ən böyük şəhər olaraq əsas hədəfdir. Eyni zamanda, Krımla da həmsərhəddir. Əgər şəhər ələ keçirilərsə, Rusiya Dnepr üzərindən keçən körpülərə nəzarəti ələ keçirəcək. Nəticədə öz qoşunlarını və hərbi texnikasını çayın qərb sahilinə toplayacaq.

Nəzərə almaq lazımdır ki, Zaporojye Ukraynanın cənub bölgələrini təchizatla təmin edən mühüm logistika mərkəzidir. Buraya Rusiyanın nəzarəti Ukraynanın mühüm təchizat arteriyasının kəsilməsi deməkdir.

Hazırda Ukrayna Rusiya qoşunlarının mümkün hücumlarına hazırlaşır. Sözügedən ərazidə müdafiə gücləndirilir. Buna baxmayaraq, Rusiyanın resurlarını nəzərə alsaq, Ukrayna indi son dərəcə çətin vəziyyətdədir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
yenicag.az

1Mənbələr