AZ

BMT: ''Qəzzada 200-dən çox humanitar yardım işçisi həlak olub''

2023-cü il oktyabrın 7-dən bəri İsrailin intensiv hücumları nəticəsində minlərlə mülki vətəndaşın həlak olduğu Qəzza zolağında 200-dən çox humanitar yardım işçisinin öldüyü bildirilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəsmisi Yasmina Querda BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzzada 3 aylıq missiyası zamanı şahid olduğu olaylarla bağlı məlumat verib.

Qəzzadakı vəziyyətin çox pis olduğunu bildirən Yasmina Querda çox sayda insanın yurd-yuvalarından didərgin düşdüyünü, qəzzalıların qida, sığınacaq, sağlamlıq və digər ehtiyaclarını qarşılaya bilmədiklərini söyləyib.
Ehtiyacı olanlara humanitar yardımın çatdırılmasında yaşanan çətinliklərə diqqət çəkən Yasmina Querda nəzarət məntəqələrində saatlarla gözlədiklərini və bunun koordinasiya məsələsində çətinliklər yaratdığını bildirib.
Qəzzada təhlükəsiz bir santimetr ərazinin belə qalmadığını vurğulayan Yasmina Querda deyib: "Oktyabrın 7-dən bəri 200-dən çox humanitar yardım işçisi həlak olub. Qəzzada heç kim üçün təhlükəsiz yer yoxdur". 
Qəzzada ən çox qocalar, əlillər, qadınlar və uşaqların əziyyət çəkdiyini bildirən BMT rəsmisi qəzzalıların beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı olduğunu qeyd edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
trt.net.tr

1Mənbələr