AZ

İddialara görə Google, məşhurları və influencer-ları süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!

     Google-un məşhurları və influencer-ları süni intellekt çatbotlarına çevirməsi hadisəsi birinci dəfə deyil ki, baş verir. Belə ki, daha əvvələr "Meta" və "Character.ai" kimi bəzi startaplar da məşhurlara əsaslanan bu üslubda öz çatbotlarını yaratmışdılar. Məsələn, Meta-nın çatbotlarına Mr. Beast, Snoop Dogg, Tom Brady ve Paris Hilton kimi şəxslər, Character.ai-nin çatbolarına isə siyasətçilər, filosoflar və uydurma personajlar kimi obyektlər daxil idi.     The Information-ın verdiyi məlumata görə, Google-un məşhur çatbotları şirkətin Gemini adlanan böyük dil modellərindən ibarət ailəsi ilə təchiz ediləcək. Yeni hesabata görə isə axtarış nəhəngi, məşhurlarla yanaşı, influencer-larla da əməkdaşlıq etməyə çalışır və eyni zamanda insanlara sadəcə şəxsiyyətlərini və görünüşlərini təyin etməklə öz çatbotlarını yaratmağa imkan verəcək bir xüsusiyyət üzərində işləyir. Onu da qeyd edək ki, Character.ai çatbotunda bu xüsusiyyət, artıq bir müddətdir ki, mövcuddur.     Hələlik Google-un hansı məşhurlarla və ya influencer-larla əməkdaşlıq edəcəyi bəlli deyil. Bundan əlavə, iddialara görə, Google-un yeni layihəsi geniş miqyasda istifadəyə verilməzdən əvvəl Google Labs-də təcrübə olaraq qala bilər. Google və başqalarının niyə insanların məşhuru təqlid edən süni intellektlə danışmaq istədiklərini düşündüyü tam aydın deyil. Müqayisə üçün onu da qeyd edək ki, Snoop Dogg-a əsaslanan çatbotun Instagram-da cəmi 15 000 izləyicisi var. Əsl Snoop Dogg-u isə 87.6 milyon insan izləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
technote.az

1Mənbələr